Tarixi qələbə! Qarabağ Azərbaycandır!

Tarixi qələbə! Qarabağ Azərbaycandır!

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali baş komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərdir olan həsrətinə son qoydu.

Qürur dolu bu tarixi bizə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Ordumuza Minnətdarıq

"Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik."

Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev