“Bakı 2020” tenderin qalibi

“Bakı 2020” tenderin qalibi

Bakı şəhərində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satınalması üzrə “Lifttəmir” İstehsalat Birilyi tərəfindən keçirilən tenderin qalibi Almaniya Federativ Respublikasının “Wittur Holding GmbH” şirkətidir.

“Lifttəmir” İstehsalat Birliyi ilə bağlanan satınalma müqaviləsinin dəyəri 16 milyon 331 min 864 manat təşkil edir. Müqavilə əsasında Bakı şəhəri ərazisində yaşayış binalarında mövcud olan 625 ədəd köhnə sərnişin lifti yeni Alman istehsalı “WITTUR” markalı liftlərlə əvəz olunacaqdır.