Azərbaycanda ilk dəfə liftlərdə dispetçer sisteminin qurulması

Azərbaycanda ilk dəfə liftlərdə dispetçer sisteminin qurulması

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası nəticəsində quraşdırma işləri tamamlanmış 581 ədəd “WITTUR” markalı liftlərə Azərbaycanda ilk dəfə “GerLift Group” tərəfindən texniki xidmət göstərilməsi işlərinin daha da yaxşılaşdırılması üçün “WitturNET” vahid dispetçer məntəqəsi yaradılaraq “Lifttəmir” İstehsalat Birliyinə təhvil verilmişdir.
 
WitturNetLiftlərin uzaqdan idarəedilməsi 

WitturNet, liftə kompyuter üzərindən qoşularaq uzaqdan idarəetmə panelinin yanında edə biləcəyiniz hər cür müşahidə və parametr təyinatını kompyuter vasitəsilə uzaqdan idarəetmə ilə həyata keçirəcəyiniz bir proqramdır. 
Vahid dispetçer sistemi liftlərdə hansı səbəblərdən nasazlığın yaranmasını müəyyən edir. Bu sistem vasitəsilə, həmçinin liftlərin vəziyyəti də nəzarətdə saxlanılır. Sistem liftlərin gündəlik fəaliyyətinə nəzarət edir və onların hər gün texniki sazlığının səviyyəsini hər gün öyrənməyə imkan yaradır. Hər hansı bir xəta barədə məlumat verildikdə, WıtturNet sistemi vasitəsilə problemi həll etmək üçün liftə uzaqdan müdaxilə etmək və mövcud problem əvvəlcədən aşkar olunduğu üçün əraziyə texniki xidmət nümayəndələri gedərkən yanında lazımi komponentləri götürmək imkanı yaranır.
İkitərəfli xəbərləşmə vasitəsilə liftin düzgün işləməməsi səbəbindən liftdə qalan sərnişinlər xilasetmə xidməti ilə birbaşa əlaqə qura bilirlər.