Almaniya istehsalı “Wittur” markalı liftlərin təqdimat mərasimi

Almaniya istehsalı “Wittur” markalı liftlərin təqdimat mərasimi

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamı icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding" GmbH şirkəti ilə müqavilə imzalanıb.
 
 
13.10.2019-cu il tarixində “GerLift Group” MMC rəsmi ekskluziv distribütoru olduğu Almaniya Federativ Respublikasının “Wittur Holding” GmbH şirkətinin təqdimatı ilə Bakıda “Alov qüllələri” kompleksində Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniya rəhbərlərinin iştirak etdiyi təqdimat mərasimi və gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirib.

Təqdimat mərasimində əvvəlcə “Wittur Holding” GmbH şirkətinin Avrasiya üzrə Global Sistem və İş Birimi Rəhbəri Ahmet Kanbolat, Global satış şöbəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, digər rəsmi şəxslər tərəfindən şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat verilib, video-çarx nümayiş etdirilib.