GerLift Group - Dünya üzrə ikinci rəsmi ekskluziv distributor

GerLift Group - Dünya üzrə ikinci rəsmi ekskluziv distributor


Almaniyanın “Wittur Holding” GmbH şirkəti ilə “GerLift Group” MMC əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirərək yeni bir mərhələyə keçidin əsasını qoydular. Tərəflər arasında Türkiyənin İstanbul şəhərində “Wittur Holding” GmbH şirkətinin Avrasiya üzrə Global Sitem İş Birimi Rəhbəri Ahmet Kanbolat ilə keçirilən görüşdə “GerLift Group” MMC-nin “Wittur Group” –un dünya üzrə ikinici rəsmi ekskluziv distribütoru olması haqqında distribütorluq müqaviləsi imzalanıb.

1968-ci ildə əsası qoyulan “WITTUR Holding” GmbH 50 illik təcrübəsi ilə dünyanın ən böyük lift komponentləri və tam paket lift sistemi firmasıdır.

16 istehsal mərkəzi və 5000 işçi heyəti ilə dünyanın hər nöqtəsində xidmət göstərən Wittur dünyada öz komponentləri ilə lift istehsal edən tək firmadır.

“GerLift Group” sərnişin və yük liftləri sahəsində dünyanın bir nömrəli lift sistemləri istehsalçısı ilə əməkdaşlıq edərək keyfiyyətli, təhlükəsiz, sürətli avadanlıqları sizə təqdim etməkdən məmnunluq duyur.