Sənaye tipli qapılar

Sənaye tipli qapılar

Daha çox sənaye tipli obyektlər üçün nəzərdə tutulan qapılar əsasən binaların, zavod və fabriklərin, iş yerlərinin təhlükəsizliyini təmin etmək və giriş-çıxışı asanlaşdırmaq üçün istifadə edilir.

FGI (NOVOFERM) markalı seksional qapılarımız külək, istilik və səs izolyasiyasını təmin edir və zərbələrə davamlıdır. Mütəxəssislər tərəfindən beynəlxalq standartlara uyğun istehsal olunan qapılarımızda 30.000 dəfədən çox açılıb-bağlanma və müxtəlif dayanıqlıq testləri keçirilmiş,  avadanlıqlarımız bu sınaqlardan uğurla keçmişdir. 
 
Səssiz və az enerji istehlakı ilə işləyən seksional qapılar binanın quruluşuna görə açılarkən və bağlanarkən yer tutmur. Qorumaq və təmir etmək asandır. İstəyə bağlı olaraq pəncərə sistemi ilə iş sahəsinin işıqlı qalmasını təmin etmək olar. Həmçinin seksional qapının panelinə bir xidmət qapısı əlavə etməklə, personalın giriş və çıxışı üçün uyğun hala gətirilə bilər.

Seksional qapılarımız EN 13241-1 sertifikatına uyğundur və TÜV Nord tərəfindən hərtərəfli test edilmiş və təsdiq edilmişdir.

Aksesuarları:
  • Qapı qolu
  • Ventilyasiya barmaqlığı
  • Quraşdırılmış servis qapısı
  • Sənaye tipli qapı ilə eyni görünüşə sahib yan qapı
  • Paslanmayan polad cəftələr