Rampa və körük sistemləri

Rampa

Yükləmə rampaları intensiv giriş-çıxış və məhsul daşımasının olduğu yerlərdə iş təhlükəsizliyini artıran və vaxta qənaət edən sistemlərdir. 10 tona qədər yükgötürmə qabiliyyətinə malik FGI (NOVOFERM) yükləmə rampaları, təbiəti qorumaqla, Green Solutions çərçivəsində minimum CO2 emissiya edir. 
 
Yükləmə rampaları əsas platforma və dodaq olaraq 2 hissədən ibarətdir. Anbarın hündürlüyü və nəqliyyat vasitəsinin genişliyi kimi amillərə görə platformanın ölçüləri dəyişdirilə bilər. 
Yükləmə rampalarındakı dodaq hissəsi rampanın istiqamətləndirilməsi üçün istifadə olunur. “GerLift” Group hər büdcəyə uyğun müxtəlif növ yükləmə rampaları təqdim edir, lakin yükləmə rampası almadan əvvəl ehtiyaclarınıza ən uyğun yükləmə rampasını təyin etməniz mütləqdir.

Xüsusiyyətləri:
 
  • Güclü polad profildən istehsal
  • Sürüşmənin qarşısını alan poladdan istehsal edilən platforma
  • 10 tona qədər yükgötürmə qabiliyyəti
  • -30 + 80 dərəcə arasında dəyişə bilən hidravlik sistem
  • 70%-ə qədər enerji qənaəti
  • Tənzimlənə bilən hündürlük səviyyəsi

Körük sistemləri

Körük sistemləri yükləmə və boşaltma sahəsini xarici amillərdən qorumağa və istilik itkilərinin qarşısını almağa kömək edən sistemlərdir. Anbar və yük maşını arasındakı boşluqlar səbəbindən məhsullar mənfi şərtlərdən təsirlənə bilər. Yükləmə körükləri bu mənfi təsirin qarşısını almaq üçün istifadə olunur. Bu sistemlərdən istifadənin ən böyük üstünlüyü pula və zamana qənaət etməsidir. Körük sistemləri yükləmə, boşaltma və saxlama zamanı nəqliyyat vasitəsi ilə məkan arasındakı hava keçidinin qarşısını alaraq yarana biləcək problemlər üçün ən yaxşı həlldir.

Körük sistemləri istilik disbalansından təsirlənə biləcək sektorlarda geniş istifadə olunur. Tekstil, əczaçılıq və qida sənayesində təmizlik, temperatur və rütubətin həssas olduğu qapalı mühitlərin qorunmasında çox faydalı olmaqla yanaşı  bu sektorlar üçün geri dönülməz zərərlərin qarşısını alır. Enerjiyə qənaət etdiyinə və hava axınını minimuma endirdiyinə görə yükləmə heyətinin sağlamlığı və iş şəraiti üçün etibarlıdır.
 
Xüsusiyətləri:
  • PVC və ya Cordura materialından hazırlanan körüklər
  • Su keçirməzlik
  • Enerjiyə qənaət
  • “Twin motor” sahəsində sürətli və etibarlı şişmə