Layihələndirmə

Layihələndirmə

“GerLift” Group mühəndis və texniki heyəti hər zaman memar və konstruktorlara, layihə rəhbərlərinə avadanlıq və sistem seçimində, həmçinin lazım olan texniki xüsusiyyətlər, cizgilər, quraşdırma sxeminin təqdim olunmasında təmənnasız xidmət göstərir. Əməkdaşlarımız tikinti üçün ayrılmış sahənin vəziyyətindən asılı olmayaraq sifarişçinin istək və tələblərinə uyğun layihə işlərinin hazırlanmasına köməklik edir. Layihələndirmədə keyfiyyət ön planda durur. Hər bir detalın yeri dəqiq müəyyənləşdirilir və layihədə xırda bir şübhə araşdırılaraq yenidən işlənilir. Layihədə sifarişçinin bütün istək və tələbləri nəzərə alınır.

 Biz, tikinti obyektlərinin çertyojlarını sadəcə olaraq çəkmirik, biz onu planlaşdırırıq, tikintidə tələb olunan bütün xırdalıqları nəzərə alırıq. Binanın memarlığına zərər vermədən maksimum səmərəliliyi təmin edəcək, minimum yer tutacaq və ehtiyacları ən uyğun şəkildə qarşılayacaq çizimlərimiz əsasında avadanlıqlarımız obyektin gözəlliyini və rahatlığını maksimum şəkildə nümayiş etdirir.
Layihələndirmə xidmətinin üstünlükləri

  • Az xəta ilə keyfiyyətli iş görmək
  • Layihə xərclərinin effektiv və səmərəli idarəedilməsi
  • Layihələndirmə prosesində ortaya çıxan əlavə texniki və maddi yüklərdən yayınmaq
  • Avadanlıqların tikinti obyektinin daxili və xarici dizaynına uyğunlaşdırılması

Müraciət et