Liftinizin təmir vaxtını göstərən 5 səbəb

Liftinizin təmir vaxtını göstərən 5 səbəb

Liftinizin təmir vaxtını göstərən 5 səbəb

Yaşayış binalarında və biznes mərkəzlərində liftlər həyatımızın bir parçasına çevrilib desək yanılmarıq. İstifadə etdiyimiz liftlərin rahat olması və problemsiz işləməsi bizi məmnun edən faktorlardandır. Ancaq bir reallıq var ki, liftlər də təmirə və ya yenilənməyə ehtiyac duyur. Bəs təmirə və yenilənməyə ehtiyacı olan lifti necə müəyyən edə bilərik? Liftlərin nasaz olduğunu göstərən səbəbləri sizin üçün bir araya gətirdik.

Yavaş sürət
Texnologiyanın inkişafına görə liftləri daha sürətli və əlverişli hesab edirik. Ancaq gözləntilərimiz bəzən puça çıxır. Bəzən liftin gəlməsini və ya istənilən mərtəbəyə qalxmasını gözləmək, bizi tam yorur. Hələ-hələ harasa tələsirsənsə, lift olur sənin ən böyük düşmənin. Əgər gündəlik istifadə etdiyiniz liftlərdə sürətlə bağlı problemlə üzləşirsinizsə, deməli liftin təcili olaraq baxıma ehtiyacı var. Sürətin azalmasına liftin mühərrikində, elektrik sistemində və ya digər texniki detallarda yaranan nasazlıq səbəb ola bilər. Texniki servis tərəfindən ümumi yoxlanış olmadan bunun səbəbini bilməniz mümkünsüzdür. 

Yanlış dayanma
İstifadə etdiyiniz lift bəzən tam olaraq dayanmaq istədiyiniz mərtəbədə düzgün şəkildə dayanmır. Əgər binadakı lift təyin olunan mərtəbədən bir qədər yuxarı və ya aşağıda dayanırsa, bu o deməkdir ki, liftin əyləclərinin dəyişdirilmə vaxtı çatıb. Buna əlavə olaraq liftin mərtəbəni görmə sensorlarını və maqnitlərini ya təmizləmək ya da yeniləmək vaxtı çatıb. Əgər lifti baxım etdirməsəniz, bu hal gün keçdikcə daha da anormal hal almağa başlayacaq və liftinizin ömrünü azaldacaq. 

Qapılarda nasazlıq
Liftlərdə olan problem daha çox qapılarla əlaqəli olur. Bəs liftlərin qapısında problemin olduğunu necə bilmək olar? Qapıların açılıb-bağlanmasını diqqətlə izləmək lazımdır. Əgər bu zaman qeyri-adilik müşahidə etsəniz, onları qeyd edin. Məsələn, qapılar bağlanandan sonra heç bir səbəb olmadan açılırsa, bu sistemin öz-özünü yanlış tənzimləməsinə görə baş verir. Ümumilikdə isə lift qapıları çox çevik və davamlı hərəkət edən texnikadır. Qapıların tez-tez sıradan çıxmaması üçün müntəzəm baxım etdirməyi məsləhət görürük. 

Qəribə səslər
İstifadə edilən liftdə problemin olmasını göstərən bir digər faktor isə liftdən qəribə səslərin gəlməsidir. Müasir və sağlam liftlər sakit və axıcı hərəkət edirlər. Liftlərdən gələn qəribə səslər sərnişinləri narahat edərək, psixoloji təsir göstərə bilər. Sakit bir binada liftin qeyri-adi səsi gəlirsə, deməli onun təcili olaraq təmirə ehtiyacı var. Liftinizin səs problemini texniki servisimizlə aradan qaldıraraq, insanlara binada liftin olduğunu unutdurun.

Hərəkət problemi
Liftdə hərəkət etdiyimiz zaman liftin necə rahat hərəkət etdiyini ilk saniyələrdən görürük. Əgər liftin istifadəsi zamanı lift sağa-sola hərəkət edirsə, deməli problemli bir liftdən istifadə edirik. Bu problem həll olunmazsa, davamlı olaraq liftdə qalma ehtimalımız artacaq. 

Əgər sadaladığımız problemlər istifadə etdiyiniz liftlərdə də mövcuddursa, vaxt itirmədən bizim texniki servislə əlaqə saxlayın. Liftlərlə bağlı digər yazıları oxumaq üçün buraya keçid edə bilərsiniz.
Liftinizin təmir vaxtını göstərən 5 səbəb